Hazal Kayanı şantaj edən manyak haqda - Qərar verildi

hazal-kayani-santaj-eden-manyak-haqda
Oxunma sayı: 4295

Türkiyəli aktrisa Hazal Kaya sosial şəbəkədə ona təcavüz xarakterli mesajlar göndərən iranlı fanı Eissa Yazdan Karamidən məhkəməyə şikayət edib.

Kaya şikayət ərizəsində bildirib ki, həmin şəxs ona “arvadım” deyir, hədiyyələr göndərir, “Ya mənimsən, ya da öləcəksən” deyərək şantaj edir.

Qafqazinfo”nun “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, İstanbul Asliyə Cəza məhkəməsi iranlı manyak üçün şantaj və cinsi istismar cinayətlərinə görə 5 ilə qədər həbs istəyib. Lakin Karami məhkəməyə qatılmayıb. Hakim isə onun tapılması üçün Xaricilər Şöbəsindən kömək istəyib.