Günel qayıtdı... - Fotolar

gunel-qayitdi
Oxunma sayı: 14289

“Bir çox prodakşın və radiolardan işlə bağlı təkliflər alıram. Bir neçə kanal da mənə müraciət edib. Hazırda başım körpə övladıma qarışıb. Bu dəqiqə efirə çıxmaq barədə düşünmürəm və planlaşdırmıram”. 

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında teleaparıcı Günel Hümbətova bildirib.

Aparıcı vurğulayıb ki, bəyəndiyi layihə ilə yaxın gələcəkdə efirə qayıdacaq:

“Yaxın gələcəkdə yeni layihəni gerçəkləşdirmək istəyərəm. Hansısa bəyəndiyim layihə olarsa, efirlərə qayıda bilərəm. Yəni, efirlə vidalaşmamışam, bununla bağlı bir maneə yoxdur”. Mənim Azərbaycanda olmağımla bağlı bir şey demək istərdim. Bura mənim vətənimdir, Azərbaycanda ailəm, doğmalarım və dostlarım var. Ailəmin harada yaşamasından asılı olmayaraq ölkəmə tez-tez gəlib-gedəcəm. Gələcək üçün daha bir planım var ki, xaricdə bir TV layihəsini reallaşdırım”.

Xatırladaq ki, teleaparıcı Las-Veqasda Firuz Soliyev adlı şəxslə ailə qurub. Cütlüyün Jozefina adlı bir qızı var.

Fotolar: Nuran