Futbolçulara əxlaqsız təklif edənlər... - Fotolar

futbolculara-exlaqsiz-teklif-edenler
Oxunma sayı: 14047

Futbolçular oynadıqları oyundan çox şəxsi həyatları ilə gündəmə gələrkən daha çox marağa səbəb olur.

“Qafqazinfo” xəbər verir ki, son zamanlar dünya ulduzları modellərin onlara təklifləri də diqqət mərkəzinə düşüblər. Ən çox hədəf olanlar isə Madrid “Real”ının Portuqaliyalı ulduzu Kriştianu Ronaldo və “Barselona”nın argentinalı ulduzu Lionel Messidir. Kimin ən yaxşı olması uğrunda mübarizə aparan bu iki futbolçu dünyanın tanınmış simaları olan xanımların da diqqətindən kənarda qalmır. Təkcə, Ronaldo və Messi deyil başqa ulduzlar da bu marafona qoşulub. Onların bir neçəsini təqdim edirik:

Paraqvaylı model Mirta Sosa Kriştianu Ronaldoya əxlaqsız təkliflə gündəmə gəlmişdi. O, portuqaliyalı ulduzla bir gecə keçirmək üçün hər şeyini verə biləcəyini deyib.

Argentinalı model Nansi Navarro isə Messi ilə şam etmək və birlikdə duş almaq istədiyini deməklə diqqət çəkmişdi.

Moskva “Dinamo”sunun 24 yaşlı hücumçusu Aleksandr Kokorin məşhur porno ulduz Alina Hennesi tərəfindən maraqlı təklif alıb. Hennesi Kokorinin mövsümün qalan hissəsində 5 qol vuracağı halda onunla 16 saat sekslə məşğul olacağını bildirib.

Braziliyalı model Andressa Urach PSJ-nin isveçli ulduzu Zlatan İbrahimoviçin yatağına girmək istədiyini demişdi.

Sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üçün 540 min avro cərimələnən Dortmund “Borussiya”sının ulduz futbolçusu Marko Roysa model Jordan Karver maraqlı təklif etmişdi. O, Roysun sürücüsü ola biləcəyini dilə gətirmişdi.

Porno ulduz Priskilla Salerno Türkiyə millisi üçün striptiz göstərmək istədiyini bildirmişdi.