Ərindən aliment istəmir... - Fotolar

erinden-aliment-istemir
Oxunma sayı: 4369

Üç il əvvəl Sarp Levendoğlu ilə evlənən Bircə Akalay ötən gün İstanbul Ailə Məhkəməsinə müraciət edib.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, mövzu ilə bağlı heç bir açıqlama verməyən aktrisa boşanmaq barədə qəti qərara gəlib.

Bircə əri ilə münasibətlərinə rəsmi şəkildə son qoymaq istəyib.

Tərəflər bir-birlərindən maddi-mənəvi təzminat istəməyib.

Levendoğlu ilə Akalay boşanma protokolunda ayrılıq mövzusunda razılaşdıqlarını, şəxsi əşyaları paylaşdıqlarını və bir-birlərindən mal rejiminə söykənən alacaqlarının olmadığını bildirib.

Həmçinin, Bircə ərindən aliment istəməyib.