Əri tərəfindən döyülən aktrisa 20 milyon dollar təzminat alacaq - Fotolar

eri-terefinden-doyulen-aktrisa-20-milyon-dollar-tezminat-alacaq
Oxunma sayı: 3211

Əri, məşhur aktyor Conni Dep tərəfindən döyüldüyünü iddia edən aktrisa Ember Hörd boşanma müqabilində 20 milyon dollar təzminat tələb edib.

Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 30 yaşlı aktrisa dünən Los-Anceles küçələrində rəfiqəsi ilə gəzərkən görüntülənib. Onun sevincdən gülməsi diqqət cəlb edib.
52 yaşlı aktyorla 15 ay ailəli olan Hörd boşanma vəkilləriylə görüşdə 20 milyon dollar təzminat istəyib və bu mövzuda razılıq əldə olunub.

Qeyd edək ki, mayın 23-ü Ember Herd məhkəməyə boşanmaq üçün ərizə ilə müraciət edib. O, Deppi ona qarşı zorakılıq etməkdə günahlandırıb, hətta üzündə zorakılıq əlamətləri olan fotosunu sosial şəbəkədə də paylaşıb.