Ən gözəl qadın cinayətkar... - Fotosessiya

en-gozel-qadin-cinayetkar
Oxunma sayı: 8780

Sara Sirayt sosial şəbəkələrdə Amerika Birləşmiş Ştatlarının ən gözəl oğrulardan biri kimi təqdim olunur.

Qafqazinfo” xəbər verir ki, 24 yaşlı Sirayt insanlar arasında ilin “ən sevimli həbsxana gözəli” adını qazanıb.

Arkanzas gözəli bu ilin baharında məhkəməyə dəvət olunub. O, prosesə bir neçə dəfə gəlmədiyinə görə həbs edilib. Həmin qız sürücülük vəsiqəsi olmadan təhlükəli şəkildə maşın idarə etməkdə ittiham olunaraq 365 dollar cərimələnib.

Bu, onun ilk cinayəti deyil. 2012-ci ildə Sara Sirayt oğurluqda iştirak edib. Belə ki, gənc qız sənədsiz idarə etdiyi maşına sərnişinləri əyləşdirib, arxa sırada isə Siraytın tanışlardan olan şəxslər silahla həmin şəxsləri təhdid edərək pul alıblar. Sirayt 5 il azadlıqdan məhrub edilib, cəzasını çəkib. Bir neçə gündür ki, azadlıqdadır.