Emiliya ukraynalı fotoqrafın gözündə - Fotosessiya

emiliya-ukraynali-fotoqrafin-gozunde
Oxunma sayı: 4426

“Səs Azərbaycan” yarışmasının qalibi Emiliya Yaqubova yeni foto-layihəsini təqdim edib.

Qafqazinfo” xəbər verir ki, Emiliyanın fotolarını məşhur ukraynalı fotoqraf Dima Romas tərəfindən çəkilib.

Bu barədə müğənni ilə yeni əməkdaşlığa başlayan prodüser Nigar Hacızadə məlumat verib.

Prodüser bildirib ki, gənc müğənninin səhnə obrazı və repertuarı üzərində iş gedir:

“Hazırda o və komandası yaradıcılıq axtarışlarındadır — gənc müğənninin səhnə obrazı və repertuarı üzərində iş gedir. Emiliyanın məşhur ukraynalı fotoqraf Dima Romas tərəfindən çəkilmiş fotosessiyası məhz bu axtarışların nəticəsidir. Emiliyanın ilk peşəkar fotosessiyasını eksperimental adlandırmaq olar”.

Nigar Hacıyeva onu da qeyd edib ki, Emiliyanı “Azərbaycan orbiti”ndən kənara çıxarmaq, onu daha genişmiqyaslı bir layihəyə cəlb etmək arzusundadır.