TV 8-də yayımlanan “Aramızda kalsın” verilişinin aparıcılarından biri Saleh Keçeci boşanan Kaan Tangözü və Seçkin Piriler barədə maraqlı açıqlama verib.
“Qafqazinfo” xəbər verir ki, Keçeci Pirilerlə məsələ ilə bağlı söhbət etdiyini, onun hələ də eks-həyat yoldaşını unutmadığını söyləyib:
“Xəyanəıtə görə boşandılar. Seçkin Pirilerlə söhbət etmişəm. Çox kədərlidir. Onunla danışanda içim yandı. O mənə hələ də Kaanı sevdiyini söylədi”.
Qeyd edək ki, Duman" qrupunun solisti Kaan Tangöze ilə həyat yoldaşı Seçkin Piriler mart ayında boşanmışdılar.
Məhkəmə prosesi İstanbul 16-cı Ailə Məhkəməsində baş tutmuşdu. Hakimi Kaan Tangöze və Seçkin Pirilerin razılaşmalı olaraq boşanmasına qərar vermişdi. Məhkəmə prosesi 5 dəqiqə davam etmişdi.