Bütün kənd ona etiraz etdi

butun-kend-ona-etiraz-etdi
Oxunma sayı: 10135

Son günlər Türkiyədə izlənmə rekordları qıran “Cesur ve güzel” serialının çəkiliş meydançasında baş rol qəhrəmanı Tuba Büyüküstünə görə qalmaqal baş verib.

Qafqazinfo”nun “Akşam”a istinadən verdiyi məlumata görə, aktrisanın fanları serialın çəkildiyi Bayramoğlu kəndinə axışaraq onunla şəkil çəkdirmək üçün saatlarla gözləməli olurlar.

Serialda “Cesur” obrazını canlandıran aktyor Kıvanç Tatlıtuğ onu sevənlərin istəyinə yox deməyərək hər biri ilə ayrı-ayrılıqda şəkil şəkdirsə də, Büyüküstün fanatlarının arzusunu həyata keçirmir. O, öz səhnəsini oynadıqdan sonra digər səhnə çəkilişinə qədər onun üçün ayrılmış məkanda dincəlir. Tubanın bu davranışı Bayramoğlu xalqının narazılığına səbəb olub.