Burak Özçivit Bakıda - Fotolar

burak-ozcivit-bakida
Oxunma sayı: 15021

Türkiyəli aktyor Burak Özçivit Bakıya gəlib.

“Qafqazinfo”nun məlumatına görə, Burakla həmkarı Aslı Enver Heydər Əliyev adına Hava Limanından birbaşa otelə gediblər.

Burak və Aslının “Hilton” otelində çəkilən fotosu sosial şəbəkədə paylaşılıb.

Onlar bu gün Nizami Kino Mərkəzində baş tutacaq “Kardeşim benim” filminin təqdimatına qatılacaqlar.

Qeyd edək ki, Burak sevgilisi Fahriye Evcenlə ötən ilin yanvar ayında Bakıya qonaq gəlmişdi.

Cütlük “Aşk sana benzer” filminin qala gecəsinə qatılmışdı.