Bu villa 76 milyona satışa çıxarılmışdı - Sahibi indi 39 milyon istəyir + Fotolar

bu-villa-76-milyona-satisa-cixarilmisdi-
Oxunma sayı: 11170

Dünya şöhrətli müğənni Selin Dion Florida ştatındakı villasını satışa çıxarıb.

Qafqazinfo” “Spletnik.ru”ya istinadən xəbər verir ki, üç ildir satışa çıxarılan malikanəni hələ ki, alan yoxdur. Sənətçi villanı öncə 75,5 milyon dollara satışa çıxarmışdı, indi isə evi satılsın deyə qiyməti 38,5 milyon dollara qədər aşağı salıb.

Qeyd olunur ki, 22 min m²-lik villanın içərisində 5 yataq otağı, 5 vanna otağı, qonaq otağı və iki mətbəx var.
Malikanə daxilində həmçinin, qonaqlar üçün nəzərdə tutulmuş iki ev, hovuz, tennis və basketbol zalı və digər obyektlər yerləşir.

Selin Dionun villasını satmağına səbəb onun vaxtının çox hissəsini Las-Veqasdakı evində keçirməyidir.