Bu paltarla gecəyə damğa vurmuşdu - “Oğurluq” çıxdı... + Fotolar

bu-paltarla-geceye-damga-vurmusdu
Oxunma sayı: 10001

Fevralın 15-də “GQ” jurnalı 2016-cı ildə uğurları və geyim tərzlərinə görə seçilən məşhurları mükafatlandırıb. “Volkswagen Arena”da baş tutan mərasimin əsas ulduzu Beren Saat olub.

Qafqazinfo” “Hurriyet”ə istinadən xəbər verir ki, 32 yaşlı aktrisa sinə dekolteli transparan libası ilə gecəyə damğa vurub.

Mükafatı təqdim etmək üçün səhnəyə çıxan Saat hətta, öz geyimini çox bəyəndiyini dilə gətirərək modelyer Özgür Mansura libasa görə təşəkkür edib. Lakin daha sonra mərasim iştirakçıları və tamaşaçılar tərəfindən bəyənilən geyimin plagiat olduğu üzə çıxıb. Belə ki, libası bundan öncə 20 yaşlı amerikalı aktrisa Hailee Steinfeld “Golden Globe Awards” mükafatlandırma mərasimində geyinib.