Bu ölkədə gəlinlər toy günü belə bəzənir - Fotosessiya

bu-olkede-gelinler-toy-gunu-bele-bezenir
Oxunma sayı: 9697

Səbəbi bilinməsə də, bütün qızların ən böyük arzularından biri gəlinlik geyinməkdir. Gəlinliyin yaranma tarixi isə 2 əsr əvvələ təsadüf edir.

Belə ki, 1840-cı ildə kraliça Vikroriya toyunda ağ gəlin paltarı geyindikdən sonra bu rəng saflıq və sadəlik rəmzi olaraq qiymətləndirilib. Bundan sonra qadınlar toy mərasimlərində ağ rəngli gəlinliklərə üstünlük verməyə başlayıb.

“Qafqazinfo” sizə müxtəlif ölkələrdə toy günü qızların geyindiyi gəlin paltarlarını təqdim edir:

İraqın adət-ənənələrinə görə gəlin toyda 7 fərqli rəngdə paltar geyinməlidir. Onun hər geyimi göy qurşağının bir rəngini ifadə edir.

Koreyada əsrlərdir ki, qadınlar evlənən zaman “hanbok” adlı milli geyimdə olur.

İtalyan qadınları sadə və müxtəlif rənglərdəki gəlin paltarına üstünlük verir. Onlar üçün əsas olan bu xüsusi gündə arzuladıqları kimi görünə bilməkdir.

Cənub-Şərqi Avropada yaşayan pomaklar toydan əvvəl gəlinlərin üzünü ağ boya ilə rəngləyirlər. Bir neçə qadının köməyi ilə qırmızı, yaşıl, mavi qaşlar ağ boyanın üstündən gəlinin üzünə, alnına, göz qapaqlarına düzülür, balaca çiçəklər qoyulur.

Nubiyada isə gəlinin başına üç qat örtük taxılır.

Hindistanlı gəlinlər toy günü daha çox qırmızı rəngə üstünlük verir. Ancaq onlar gəlin paltarından daha çox taxdığı zinət əşyaları, bəzəklərlə fərqlənir.

Şrilankada gəlinlər öz geyimlərində həm şərq, həm də qərb mədəniyyətini qovuşdura bilib.

 Avropa ölkələrinin bir çoxunda ağ və sadə libaslar toy günü üçün idealdır.  

Nigeriyada isə gəlinlər belə geyinir...

Günel Hacı