Bu dəfə podiuma onlar çıxdı - Fotosessiya

bu-defe-podiuma-onlar-cixdi
Oxunma sayı: 4697

Ümumdünya Autizm Günü ilə bağlı Bakıda autizmli uşaqların moda nümayişi təşkil edilib.

Qafqazinfo” xəbər verir ki, “Autizm – fərqli və bizdən biri” devizi ilə “Ümid var” qrupu və “Sağlam və birgə” ictimai birliyinin təşkilatçılığı ilə ilk dəfə olaraq keçirilən tədbirin davamlı olaraq təşkil edilməsi nəzərdə tutulub. Moda nümayişində podiuma autizmli uşaqlar çıxıb. Onlar modelyer Afa İsmayılovanın hazırladığı xüsusi kolleksiyanı nümayiş etdiriblər.

Tədbir zamanı autizmlə bağlı hazırlanmış maarifləndirici roliklər nümayiş olunub, tədbirə dəstək verən müğənnilərin ifaları təqdim olunub.

Moda nümayişi boyunca 11 saylı xüsusi təhsil məktəbinin, "Sağlam və birgə" ictimai birliyinin reablitasiya mərkəzinin autizmli uşaqları da müxtəlif vətənpərvərlik səhnəcikləri nümayiş etdiriblər.