Bir ilə sərvət qazanan modellər... - Fotolar

bir-ile-servet-qazanan-modeller
Oxunma sayı: 4682

“Forbes” jurnalı 2016 ildə ən çox pul qazanan məşhurların siyahısını açıqlayıb.

Qafqazinfo” gözəllikləri qədər gəlirləri də müzakirə olunan 10 məşhur modelin siyahını təqdim edir:

Gisele Bündchen 33 milyon dollarlıq sərvəti ilə lider olub. Braziliyalı model təqaüdə ayrılsa da, məşhur brendlərlə əməkdaşlıq etməyə davam edir.

Adriana Lima isə 10,5 milyon dollar gəliri ilə siyahıda 2-cidir. “ Victoria 's Secret”in modeli “Maybellie” və "IWC" saatlarıyla əməkdaşlıq edir. 

Kendall Jenner 10 milyon dollar gəliri ilə siyahıda 3-cüdür. Ötən il 16-cı sırada olan Jenner bu il böyük uğur əldə edib. 

Karlie Kloss 10 milyon dollarlıq gəliri ilə 4-cü sıradadır. 2015-ci ilə nisbətən iki dəfə daha çox qazanan model “Loreal”, “Express”, “Swarovski” kimi brendlərlə əməkdaşlıq edir. 

5-ci sırada medianın sevimlisi Gigi Hadid var. Modelin bu illik gəliri 9 milyon dollardır. 
22 yaşlı model “Maybelline”, “Tommy Hilfiger” kimi markalarla çalışır.

Rosie Huntington-Whiteley 9 milyon dollarlıq gəliri ilə siyahıda 6-cıdır. Whiteleyin bu ili olduqca uğurlu keçib. 
Eyni zamanda alt paltar, makiyaj və ətir markaları da olan 29 yaşlı model aktrisa kimi özünü sınayıb. 

Cara Delevingnenin 2016-cı ildə əldə etdiyi gəlir 8.5 milyondur. 

Candice Swanepoelin bu illik gəliri 7 milyon dollardır. 

Model Liu Wenin 7 milyon dollar dəyərində gəlir əldə edib. O, “Anna Sui”, “Victoria 's Secret”, “Vidal Sassoon”, “Mango” kimi markaların siması olub. 

Miranda Kerrin sərvəti 6 milyon dollardır. O, bu il “Bonds” və “Wonderbra” kimi markaların siması seçilib. Kerrinin “Kora Organics” adlı kosmetik markası var.