Beyons geyimi ilə gecəyə damğa vurdu - Fotosessiya

beyons-geyimi-ile-geceye-damga-vurdu
Oxunma sayı: 6572

Kaliforniyada Amerika Milli Futbol Çempionatının 50 illiyi keçirilib.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, superkubokun qalibi “Denver Bronkos” komandası olub. Komanda “Karolina Panters” ilə mübarizədə 24:10 hesabı ilə qələbə çalıb.

“Denver Bronkos” bununla üçüncü dəfə superkubokun qalibi olub. Bundan öncə 1998-ci il və 1999-cu ildə qalib olub.

Daha sonra amerikalı müğənni Beyons səhnədə çıxış edib. Seksi qara geyimi ilə Coldplay rok-qrupu və Bruno Marsla səhnəni bölüşən müğənninin geyimindəki X işarəsi diqqətdən qaçmayıb. Onun bu işarə ilə insan haqqları uğrunda mübarizə aparan qaradərili aktivist Malkolm X-ə ismarıc göndərdiyi ehtimal olunur.