Belə oyun olar? - +18 fotolar

bele-oyun-olar
Oxunma sayı: 17262

Amerikan futbolu dünyada o qədər də məşhur olmasa da, maraqlı idman növüdür. “Qafqazinfo” xəbər verir ki, eynilə futbol kimi hər komandada 11 nəfər olmaqla 22 nəfərin oynadığı bu matçlar reqbini xatırladır.

Bu idman növündə əsas məsələ topu rəqib komandanın meydançasının sonuna çatdırmaq və bunu edərkən müdafiə olunan komandaya topu almağa imkan verməməkdir. Hücum edən komanda topu ya pasla, ya da 10 metrlik məsafədən 4 dəfə şansdan istifadə olunmaqla keçirilməlidir. Əgər hücum edən komanda 10 yardı keçərsə, daha 4 dəfə şans qazanır.

Nəticə qazanmağın isə 2 yolu var. Birincisi, topu pasla və ya qaçışla rəqib meydançasının sonuna çatdırmaqdır ki, bu “Touchdown” adlanır və 6 xala bərabərdir.

İkincisi isə topu ayaqla vuraraq say dirəklərinin arasından keçirməkdir. “Field goal” adlanır və 3 xala bərabərdir.
Bu idman növü reqbidən faydalanaraq ərsəyə gələn idman növüdür. İlk matç 6 noyabr 1869-cu ildə oynanılıb. “Rutgers” və “Princeton” adlı iki kollec komandasının oyunundan sonra bu idman növündə maraq artıb. 1880-ci ildə isə “Amerikan futbolunun arası” adlandırılan Valter Kamp tərəfindən snap və 11 nəfərlik komandalar, daha sonra isə yeni qaydalar tətbiq olunub.

Amerikadakı ən məşhur idman növü olan “Amerikan futbolu” çox diqqət çəkir. National Football Legaue – da Amerikada izləyicisinə görə rekordlar qırır.

Bu idman növündə isə ən çox qadınların mübarizəsi diqqət çəkir. Qədim döyüş geyimlərini xatırladan geyimlərdən istifadə edilən oyunlarda daha çox qadınların güc şouları maraq oyadır.