“Bədənimə uyğun olanları seçirəm...” - Məleykə Əsədova

bedenime-uygun-olanlari-secirem
Oxunma sayı: 5164

“Hansısa geyim dəbdə ola bilər, ancaq mənə yaraşmırsa, geyinmirəm. Boyum hündür, çəkim isə azdır. Bu səbəbdən bədənimə uyğun geyimləri seçirəm”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında xalq artisti Məleykə Əsədova deyib.

Aktrisa son zamanlar qara rəngli geyimlərə müraciət etməyinin səbəbini açıqlayıb:

“Qara rəngli geyimləri çox sevirəm. Qara klassik rəngdir. 2-3 ildir ki, artıq rəngli geyimlərə müraciət etmişəm. Qarderobumu hər zaman özüm seçirəm. Modanı , dəbi izləyirəm, ancaq bədənimə uyğun geyinməyi sevirəm. Kombinezon, enli şalvarlar çox dəbdədir.

Bu səbəbdən qarderobumda bu model geyimlərə üstünlük verirəm. Həm sport, həm də klassik geyimlərim var. Hansısa geyim dəbdə ola bilər, ancaq mənə yaraşmırsa, geyinmirəm. Boyum hündür, çəkim isə azdır. Bu səbəbdən bədənimə uyğun geyimləri seçirəm”.