“Başqa sevgilisi var idi deyə münasibətimizi gizlətdik”

basqa-sevgilisi-var-idi-deye-munasibetimizi-gizletdik
Oxunma sayı: 6115

“Milan”ın ulduz futbolçusu Mario Balotellinin təşkil etdiyi partiyə qatılan Veronika Qraf adlı model maraqlı açıqlamalar verib.

Qafqazinfo” xəbər verir ki, o, fovardla cinsi əlaqədə olduğunu deyib. Qraf həmçinin futbolçu ilə uzun müddət birlikdə olduğunu bildirib: “Onunla əlaqəmiz çoxdan var idi. Sadəcə bir gecə bir yerdə olmadıq. Amma Balotellinin başqa sevgilisi olduğunu üçün aramızdakı sevgini gizlətdik. Mario mənim üçün hər şey edirdi. Lakin onunla birlikdə olsaydıq, karyeram təhlükə altına düşəcəkdi. Mən isə karyeramı seçib ondan ayrıldım”.