Bakı baharı belə qarşıladı... - Fotolar

baki-bahari-bele-qarsiladi
Oxunma sayı: 4634

Artıq ötən gündən etibarən İçərişəhərdə, Qoşa Qala qapısı yaxınlığında “Bahar qalası” adlı Novruz şənliyi başlayıb.

Qafqazinfo” xəbər verir ki, bayram tədbirləri Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil edilib. Şənlikdə yalnız paytaxt sakinləri deyil, Novruz bayramını qeyd edən ölkələrin nümayəndələri də iştirak ediblər.

Bayram tədbirində İran, Türkiyə, Rusiya, Qazaxıstan, Hindistan, Əfqanıstan, Özbəkistan, Gürcüstan və Tacikistandan gələn nümayəndələri də qatılıb. Qoşa Qala qapısı meydanında “Meydan bazarı” təşkil olunub. Bazarda hər bir ölkənin mədəniyyətini əks etdirən milli-tətbiqi sənət məhsulları və suvenirlərin, o cümlədən, rəsm əsərləri, milli zərgərlik və oyma sənəti nümunələrinin sərgi-satışı təşkil olunub.

Qonaqlar müxtəlif ölkələrin milli mətbəxinin nümunələri ilə tanış olub, eləcə də Azərbaycan milli mətbəxinin bənzərsiz təamlarını dada biliblər.

Fotolar: Kamil Əmirli