Azərbaycanlı biznesmenlərin sevimlisi Anastasiya - 40 minlik qalmaqal

azerbaycanli-biznesmenlerin-sevimlisi-anastasiya-
Oxunma sayı: 6762

Rusiyanın əməkdar artisti, tanınmış balet ustası Anastasiya Voloçkovanın azərbaycanlı biznesmenə 40 min dollar “atma”ğı ölkə gündəmini zəbt edib.

Qafqazinfo”nun məlumatına görə,  iş adamı Voloçkova ilə intim görüşə görə 40 min dollar ödəyib, lakin balerina pulu alıb və yoxa çıxıb. 

Bu məqamda qeyd edək ki, əməkdar artist Azərbaycanda bir neçə dəfə konsert proqramı ilə çıxış edib.

O, ilk dəfə 2000-ci ildə Bakıya gəlib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində çıxış edib.

Balet ustası teatrın binasının köhnə olmasından şikayətlənmişdi:

“O vaxtlar teatrın binası mənə çox köhnə görünürdü. Hətta səhnə belə əyri-üyrü idi. Bir sözlə dəhşət idi. Ümid edirəm ki, bu səkkiz ildə çox şeylər dəyişib. Bu dəfə heç bir problemlə qarışlaşmayacağımıza əminəm”.

Anastasiyanın ikinci səfəri isə 2008-ci ildə baş tutub.Balerina yenə də Opera və Balet Teatrında çıxış edib, Adolf Adanın “Jizel” baletində rol alıb.

O, bu dəfə Bakının tamamilə dəyişdiyini bildirmişdi.

Həmçinin, cazibədar balerinaın adı tez-tez azərbaycanlı biznesmenlə hallanıb.

Belə ki, Voloçkova ilə azərbaycanlı iş adamı Bəxtiyar Səlimov arasında eşq macərası yaşanıb. Onların məhəbbətromanı düz 2 il davam edib. Daha sonra balerina sevgilisindən ayrılmaq qərarına gəlib. O, bunu Bəxtiyar Səlimovun Moskvaya gec-gec gəlməsilə əlaqələndirib.

Qeyd edək ki, A. Voloçkova İngiltərədə keçirilən “Cazibədar balerina” klassik balet festivalının qran-pri və xüsusi mükafatına layiq görülüb.