Azərbaycanın ən dəbli xanımları bir arada... - Fotolar

azerbaycanin-en-debli-xanimlari-bir-arada
Oxunma sayı: 6861

Ötən gün yazın ən dəbli hadisəsi – “Azerbaijan Fashion Week” baş tutub.

"Qafqazinfo" xəbər verir ki, mono nümayişlərdə qonaqları LIBAS (Azərbaycan), ALLA Couture (Rusiya), SS by Sergey Shabunin (Qazaxıstan) və JITROIS (Fransa) brendlərinin, eləcə də Qazaxıstan dizaynerləri Alex Chzhen, Khafiz Khan, Lamanukaeva, Zherebtsov, Eliz, gürcü brendləri Salle De Mode, Jgenti, Tiko Nebieridze və Ukraynadan Anzhella Bezroda və Snezhanna Gorobets moda evlərinin kolleksiyaları nümayişləri gözləyir.

Azərbaycanı Nargiz Şahbazi, K Fabuel, SH Couture və Fidan Osman təmsil edib. 

Moda həftəsinin bütün günlərində şou-rumlar təşkil olunub. Bu şou-rumlardan həm nümayişlərdə təqdim olunan, həm də digər brendlərin geyimlərini əldə etmək mümkün olacaq. Onların arasında UGLY, Dameli, Datuna, Tako Dvaliashvili, Natia Tkhelidze, Samidel, Tamta Shindelishvili, Verbena, Smirnova var.

Moda həftəsinin ilk günü Fransanın Azərbaycandakı səfiri Orelye Buşez də iştirak edib. 

Xatırladaq ki, tədbir Nazirliyinin mədəniyyət və turizm sahəsində dəstəyi, eləcə də Fransa Respublikasının Azərbaycandakı Səfirliyinin dəstəyi ilə keçirilir.

Qeyd edək ki, Azerbaijan Fashion Week ildə iki dəfə keçirilir. Ötən il iki mövsüm çərçivəsində Azərbaycan, Fransa, İspaniya, Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Gürcüstandan olan dizaynerlərinin iştirakı ilə 40-a yaxın nümayiş keçirilmişdi.