Ayrıldıqdan 1 ay sonra podiumda qarşılaşdılar - Fotolar

ayrildiqdan-1-ay-sonra-podiumda-qarsilasdilar
Oxunma sayı: 5454

Bir ay öncə ayrılan iki keçmiş sevgili, model Bella Hadidlə müğənni The Weeknd (Abel Tesfaye) “Victoria's Secret”in moda dəfiləsində üz-üzə gəliblər.

Qafqazinfo” xəbər verir ki, 1 illik münasibətlərinə ötən ay son qoyan cütlük podiumda qarşılaşıb.

Belə ki, 25 yaşlı The Weeknd mahnı oxuyarkən podiuma çıxan modellərdən biri də Bella olub. Eks-cütlük bir-birinin üzünə gülümsəyərək bununla dost olduqlarını tamaşaçılara çatdırıblar.