Flower

“Atamı itirdim, depressiyaya düşdüm...” - Fotolar

““Atamı itirdim, depressiyaya düşdüm...” -  Fotolar
Oxunma sayı: 6868

“Altı illik aktrisalıq fəaliyyətimə 1 illik ara verdim. Atamı qəfildən itirdim, depressiyaya düşdüm. Doğmalarıma qarşı çox həssasam, Allah məni onlarla sınağa çəkməsin”.

Qafqazinfo” xəbər verir ki, bu sözləri “Sən olmasaydın” serialının Səidəsi, aktrisa Şəhanə Yusifova söyləyib.

Tanınmış aktrisa bildirib ki, şəxsi həyatına daxil olan şəxsə görə kareyarsına son qoymaz:

“İndi isə öz sənətimi davam etdirməyə başlamışam. Yavaş-yavaş özümü topladım. Şəxsi həyatımla əlaqədar karyeramdan uzaqlaşmağı düşünməmişəm. Məni sevən, dəyər verən gələcək həyat yoldaşım sənətimə hörmətlə yanaşmalıdır”.

Ş. Yusifova pulsuz film və seriallara çəkilmədiyini söyləyib:

“Seriallarımızda qonorar azdır, razıyam. Amma bu büdcə problemi yavaş-yavaş düzələcək. Artıq film sektoruna tələbat çoxalıb. Bu, məni çox sevindirir. Mən pulsuz heç bir film, reklam və serialda çəkilməmişəm. Bilirsiz niyə? Çünki, bu mənim peşəmdir. Təhsil almışam, işləmişəm, bəhrəsini də tələb etməyə haqqım var”.

“Atamı itirdim, depressiyaya düşdüm...” -  Fotolar
“Atamı itirdim, depressiyaya düşdüm...” -  Fotolar
“Atamı itirdim, depressiyaya düşdüm...” -  Fotolar

Yeni Facebook səhifəmizi bəyən


Bizi twitter-də izlə