“Amanda, nə vaxt yaşına uyğun geyinəcəksən?!” - Fotolar

amanda-ne-vaxt-yasina-uygun-geyineceksen
Oxunma sayı: 9672

İngiltərə telekanalında yayımlanan “Britain's Got Talent” adlı yarışmanın jüri üzvlərindən biri olan aktrisa və teleaparıcı Amanda Holdenin yarımfinaldakı geyimi gecəyə damğa vurub.

Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 45 yaşlı aparıcı “Celia Kritharioti” brendindən olan ayaq dekoltəli libas geyinib.

Bəzi sosial şəbəkə istifadəçiləri Holdenin bu geyimini bəyənməyərək “Amanda, nə vaxt yaşına uyğun geyinəcəksən?!”, “Bura istedadların müsabiqəsidir, moda dəfiləsi deyil” tipli şərhlərlə onu tənqid atəşinə tutublar. Digər qisim isə libasın Amandaya çox yaraşdığını bildirib.