8 dəfə ərə gedən sultan kim olacaq? - “Kösem”in yeni ulduzları + Fotolar

8-defe-ere-geden-sultan-kim-olacaq
Oxunma sayı: 14853

Dünyada ən çox sevilən, ancaq Türkiyə daxilində reytinq göstəriciləri yüksək olmayan “Muhteşem yüzyıl - Kösem” serialı yeni mövsümə hazırlaşır.

Qafqazinfo” xəbər verir ki, növbəti sezonda 4-cü Murad dövründən bəhs edəcək tarixi layihəyə yeni ulduzlar cəlb olunub.

Sentyabr ayında başlayacaq ekran işinə kifayət qədər məşhur simaların qatılacağı qeyd edilib. 

Artıq 4-cü Murad obrazını canlandıracaq məşhurun adı rəsmi olaraq açıqlanıb.

Aktyor Metin Akdülger tarixi layihənin baş qəhrəmanlarından biri olacaq.

Sultan Muradın ölümündən sonra taxta çıxacaq şahzadə İbrahim obrazını isə “Aşk-ı memnu” serialından tanıdığımız Batuhan Karacakaya canlandıracaq.

4-cü Muradın baş xanımı “Ayşe Haseki Sultan”ın gənclik dövrünü Nilay Deniz, daha sonra isə Birce Akalayın oynayacağı deyilir.

Layihədə Kösem Sultanın böyük qızı olan, paytaxtda qalaraq siyasətə atılan və 8 dəfə ərə gedən “Ayşe Sultan” obrazını Hilal Altınbilek canlandıracaq.

Kösemin digər qızı olan Gevher Sultanı canlandıracaq şəxsin Bensu Soral olacağı iddia edilir. Qeyd edək ki, Gevher Sultan ekran işində böyük sevgi münasibətlərinə yer veriləcək tək qadın obrazıdır.

Sultan Ahmedin ən sonuncu qızı “Atike Sultan” obrazını isə Ece Çeşimoğlunun oynacayacağı güman edilir.

Tarixi layihədə Kösem Sultana zərbə vuran, vaxtı ilə yanına götürdüyü köməkçisi “Meleyki” obrazını Damla Sönmez canlandıracaq.

Serialda 4-cü Muradın müsahibi və eyni zamanda sevgilisi olduğu iddia edilən “Musa Çelebi” obrazına Serhat Toraman həyat verəcək. Qeyd edək ki, Musa Çelebi tarixdə ilk saqqalsız müsəlman olacaq.

Ekran işində Kösemin əsas rəqibinə çeviriləcək və sakitliyini pozacaq Sultan Ahmedin üçüncü xanımı Gülbahar Sultan ön plana çıxacaq. Bu obraz üçün Canan Ergüderlə danışıqların aparıldığı iddia edilir.

4-cü Muradın əsas rəqibi, xalq tərəfindən hökmdarlığa namizəd kimi göstərilən Şahzadə Bəyazidi Ushan Çakırın oynayacağı bildirilir.

Yeni sezonda qardaşlarının kölgəsində qalacaq “Şahzadə Kasım” obrazını Batuhan Ekşinin canlandıracağı deyilir.

 

Xatırladaq ki, layihəni ərsəyə gətirən TİMS şirkəti Metin Akdülgerin "Kösem"ə qatıldığını təsdiqləsə də, digər aktyor heyəti barədə hələ ki, heç bir rəsmi açıqlama verməyib.