17 yaşlı çeçen model hicab reklamında çəkildi, tənqid olundu - Fotosessiya

17-yasli-cecen-model-hicab-reklaminda-cekildi-tenqid-olundu
Oxunma sayı: 14764

Dünya şöhrətli İtaliya brendi “Dolce&Gabbana” müsəlman qadınlar üçün geyimlər hazırlayıb. Dizayner Stefano Gabbana partyoru Domeniko Dolçe ilə hazırladığı yeni kolleksiyanı “İnstagram” hesabında paylaşıb. Lakin onun bu paylaşımı hicablı geyimləri təqdim edən 17 yaşlı çeçen model İlona Bisultanovanın vətənində etirazla qarşılanıb.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bir müddət öncə “İnstagram”da hesab açan model həmvətənləri tərəfindən tənqid olunub. Bir çoxları “S. Gabbana kimi homoseksual sənin şəklini səhifəsində paylaşır...Budur nailiyyət?” kimi şərhlər yazıblar.