“Yeni qaydalardan qorxmamalıyıq” - Dünya çempionu

yeni-qaydalardan-qorxmamaliyiq
Oxunma sayı: 932

“McLaren Honda” komandasının sürücüsü Fernando Alonso bildirib ki, komandalar 2017-ci il qaydalarına keçməyə qorxmamalıdırlar. Çünki keçmişdə bu cür dəyişikliklər daha yaxşı nəticələr verib.

Qafqazinfo” f-1.az-a istinadən xəbər verir ki, Formula1 2017-ci ildə qaydalara çoxlu dəyişikliklər etməyə hazırlaşır və komandalar bu həftə buna görə iclas keçirdilər.

Ancaq sürücülər qorxurlar ki, bolidlərin asfalta yatma qüvvəsi artsa, rəqibi yaxından izləmək və ötmə etmək çətin olacaq.

Xatırladaq ki, Fernando Alonso 2005-ci və 2006-cı illərdə San Marino yarışında Mixael Şumaxer ilə yaxın mübarizə aparmışdı. Buna görə də ispaniyalı bildirib ki, ötmə çətinləşdiyi üçün yeniliklərə pis gözlə baxmaq olmaz: “2005-ci il San Marino yarışındakı Şumaxerlə yaxın mübarizəmi hamı yəqin ki görüb. Xatırlayırsınızsa, 2006-cı ildə də mən Şumaxeri yaxından izləmişdim. Ancaq bu iki yarış daha maraqlı idi.
Bütün yarış ərzində 3-4 ötmə olmuşdu, amma yarış Formula1 tarixinin ən yaxşı yarışlarından hesab edilir. Buna görə də ötmə etməyin çətinləşəcəyini düşünmək və onu hər dəfə demək doğru deyil. Əvvəlki yarışlarda ötmələr çətin olsa da, sürücülərə həzz verən mübarizələr olurdu.
Daha yaxşı şou üçün daha sürətli bolidlər lazımdır. Bundan başqa, bolidlərin səsi də artmalıdır, yarışlarda mübarizə olmalıdır və Formula1-in adlı-sanlı sürücüləri çempionluq mübarizəsi verməlidirlər. Əgər bunlar olsa, idman yenidən məşhurlaşacaq”.

Çində 150-yə yaxın ötmə oldu, amma Alonso düşünür ki, Formula1-də ötmələr bu qədər asan olmamalıdır: “Çində yarış çox qarışmışdı. Təhlükəsizlik avtomobili, strategiyalar və başqa amillər ötmələrin sayına təsir etdi. Ancaq hazırda 16-cı və 17-ci yerdə gedən bolidlər pit-stoplardan sonra Mercedes-i rahatlıqla keçirlər və bu çox asan olur. Hücum edir və uzaqlaşıb gedir. Bu vəziyyəti azarkeşlərə izah etmək çox çətindir. Ötmələr əvvəllər olduğu kimi real deyil. Hücum etmək üçün düşünməyə, doğru vaxtı və doğru yeri seçməyə ehtiyac yoxdur. Əgər bu döngədə olmasa, digər döngədə hücum edib ötə bilrəsən, onlar beş saniyə yavaşdırlar. Yeni ideyalar düşünmək və Formula1-i davamlı təkmilləşdirmək lazımdır. Ancaq bəzən, yəni indiki dövrdə bu addımlar daha süni olur. Sıralanma tempimiz yaxşı olur. SuperSoft təkərlər və əlavə sistemlər bolidlərə çox fayda verir. Ancaq yarışda bir dövrəyə 9 saniyə uduzuruq, çünki daha çox yanacaq götürürük və buna görə də təkərlərin asfaltla ilişməsi azalır. Bu göstəricilər Formula1 bolidləri üçün qəbul olunmazdır”.