“Xoşbəxt deyilik” - Batton

xosbext-deyilik
Oxunma sayı: 923

“McLaren Honda” komandasının sürücüsü Censon Batton inanır ki, Avropa yarışlarından etibarən komanda əsl potensialını göstərə biləcək. 

Qafqazinfof-1.az-a istinadən xəbər verir ki, 3 yarışdan sonra nə Batton, nə də Fernando Alonso xal qazana bilməyiblər, amma Bəhreyndə Alonsonu əvəzləyən Vandorn Formula1-dəki ilk yarışında xal qazandı və bu xal “McLaren”in mövsümdə ilk və yeganə xalıdır.

Çin yarışında isə Alonso 12-ci, Batton 13-cü yeri tutdular. Britaniyalı sürücü bildirib ki, “McLaren” yenidən mübarizəyə qoşulacaq və hər yarış xallar alacaq: ”Deməli, biz yaxşı iş görmürük. Sonuncu yarışda 12-ci və 13-cü yerləri çətinliklə tutduq. Hələlik istədiyimiz yerdə deyilik, amma keçənilki vəziyyətimizə baxanda, daha yaxşı yerdəyik. Sıralanma turunda daha sürətliyik, amma bu tempimizi yarışda əks etdirə bilmirik.
Sıralanma turunda sonuncu seansa çox yaxınıq, amma bu cür traslarda bizim bəxtimiz gətirmir. Avropa yarışlarında sıralanma turundakı tempimizi yarışda asanlıqla əks etdirəcəyik. Davamlı xal alsaq, daha xoşbəxt olacayıq, amma indi xoşbəxt deyilik”.