““Mercedes”də yarışmaq istəyirəm” - Bottas

mercedesde-yarismaq-isteyirem
Oxunma sayı: 1406

Formula 1-in tanınmış adlarından olan Valtteri Bottas gələcəyi ilə bağlı açıqlamalar verib.

“Qafqazinfo” f-1.az-a istinadən xəbər verir ki, finlandiyalı sürücünün “Williams” komandası ilə olan müqaviləsi ilin sonunda bitir. Bottas keçən il olduğu kimi bu il də “Ferrari” və “Mercedes AMG” komandalarının diqqət mərkəzindədir.

Bottas Mercedes ilə danışıqlar apardığını təkzib etməyib: “Məncə, hazırda ən sürətli komanda Mercedes-dir. Ən güclü bolid onlardadır. Belə olan halda, kim onların heyətində çıxış etmək istəməz? Özümü yaxşı tərəfdən göstərməliyəm. İlk 3 yarışda işlər istədiyim kimi getmədi. Amma narahat deyiləm. Öz istedadıma bələdəm və özümü göstərmək üçün vaxt çoxdur. Əgər ən yaxşı sürücülərdən biri olduğunuza özünüz inanmasanız, başqa kim inanar?”.