Maqnussen cəzalandırıldı

maqnussen-cezalandirildi
Oxunma sayı: 768

Kevin Maqnussen komanda yoldaşı Colion Palmer ilə yaşadığı insidentə görə 10 saniyə cəza və 2 cəza balı alıb. 

Qafqazinfo” f-1.az-a istinadən xəbər verir ki, Maqnussen komanda yoldaşı ilə 13-cü yer uğrunda mübarizə apararkən son dövrədə təmas yaşayıblar. Danimarkalı sürücü yarışın sonunda Soft təkərlərlə trasda olub və Palmerdən daha sürətli olduğu üçün onu qabaqlamağa çalışıb.

Stüardlar bu barəd açıqlama da veriblər: “20 nömrəli bolid təzə dəst Soft təkərlərə, 30 nömrəli bolid isə köhnəlmiş Medium təkərlərdə idi. 20 nömrəli bolid asfalta ilişmədə daha yaxşı idi. Ancaq buna baxmayaraq, 20 nömrəli bolid 13-cü döngəni təmas yaşamadan keçə biləcəyini düşünməli idi. 30 nömrəli bolid bu hadisədən sonra tras xaricinə çıxıb. Stüardlar son dövrədəki insidnetdən sonra 20 nömrəli sürücünün yekun nəticəsinə 10 saniyə əlavə etmək qərarına gəliblər”.

Maqnussen aldığı cəzaya görə 14-cü yerdən 15-ci yerə düşüb.