Zərrabın məhkəmə prosesi təxirə salındı

zerrabin-mehkeme-prosesi-texire-salindi
Oxunma sayı: 1299

ABŞ-ın İrana qarşı sanksiyalarını nəzərə almayaraq ticarət etmək, dövləti aldatmaq, bank hesabları ilə oynamaq, “çirkli pullar”ın yuyulması və digər maddələrlə Mayamidə həbs olunan İran əsilli azərbaycanlı iş adamı Rza Zərrabın sentyabrın 6-da keçirilməsi nəzərdə tutulan məhkəmə prosesi təxirə salınıb.

Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, Zərrab vəkilləri vasitəsiylə növbəti məhkəmə prosesinə təxminən 1 həftə qalmış hakimin dəyişdirilməsi ilə bağlı vəsatət verib. Prokuror Prit Bharara isə hakim Riçard Bermana ərizəyə qısa müddət ərzində cavab verəcəyini bildirib. Vəziyyəti dəyərləndirən hakim prokurorun Zərrabın ərizəsinə sentyabrın 14-nə qədər cavab verə biləcəyinə dair qərar verib.

İş adamının vəkilləri də prokurorun məhkəməyə təqdim edəcəyi ərizəyə ən geci sentyabrın 21-nə qədər cavab verməlidir.

Baş verən situasiyalardan sonra hakim R. Berman sentyabrın 6-da keçirilməsi nəzərdə tutulan məhkəmə prosesini təxirə salıb.