Zəlzələdə ölənlərin sayı 250-ə çatdı

zelzelede-olenlerin-sayi-250-e-catdi
Oxunma sayı: 625

İtaliyada zəlzələ nəticəsində ölənlərin sayı 250-ə çatıb, 360-dan yaralı olduğu bildirilir.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələnin baş verdiyi vaxtdan bəri təxminən 460 yeraltı təkanlar qeydə alınıb. Hökumət fəlakət baş verən zonada fövqəladə vəziyyət elan edib.

Xilasetmə işləri davam etdirildiyi müddətcə ölü sayının da artacağı istisna edilmir.

Küçələrə çıxan 3 mindən çox könüllü yanğınsöndürən və hərbçilərə yardım edir. Dağıntılar altından sağ insanlar nadirən tapılır. Son olaraq Peskara-del-Tronto şəhərində xilasedicilər 10 yaşlı qızı xilas edə biliblər. Uşaq alqış sədaları altında həkimlərə təhvil verilib.

İtaliya hökuməti fəlakətin vurduğu ziyanı aradan qaldırmaq üçün 50 milyon avro ayırıb.