Zəlzələdə ölənlərin sayı 159-a çatdı - Yenilənib

zelzelede-olenlerin-sayi-159-a-catdi
Oxunma sayı: 4764

İtaliyada bu gecə baş verən 6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı 24-ə çatıb.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, azı 100 nəfər isə itkin düşüb.

İtaliya prezidenti Serdjo Mattarella zəlzələ ilə bağlı Siciliyadakı səfərini yarıda qoyaraq təcili olaraq Romaya qayıdıb. 

Qeyd edək ki, dağıntılar İtaliyanın üç bölgəsində Latsio, Umbriya və Markada qeydə alınıb.

***

Son məlumata görə, ölənlərin sayı 63-ə çatıb. 

***

İtaliyada zəlzələ qurbanlarının sayı 73 nəfərə çatıb. 

***

Zəlzələ nəticəsində həlak olanların sayı 120-yə yüksəlib. Bu barədə ölkənin baş naziri Matteo Rentsi bildirib.

***

Zəlzələ qurbanlarının sayı 159-a çatıb.