Yunanıstanın keçmiş prezidenti Konstantinos Stefanopulos dünyasını dəyişib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 91 yaşlı Stefanopulos Afinadakı xəstəxanaların birində vəfat edib. Eks-prezidentin pnevmaniyadan öldüyü deyilir.
Qeyd edək ki, ixtisasca hüquqşünas olan Konstantinos Stefanopulos 1995-2005-cı illərdə Yunanıstana rəhbərlik edib.