Yunanıstanda tarixi Osmanlı məscidi yanıb

yunanistanda-tarixi-osmanli-mescidi-yanib
Oxunma sayı: 909

Yunanıstanda tarixi Bəyazid məscidində yanğın baş verib.

Qafqazinfo” xəbər verir ki, bu barədə yerli “ANA-MPA” xəbər agentliyi məlumat yayıb.

Hadisə Dimetoka mahalında 03.00 radələrində baş verib. Yanğın nəticəsində məscidə ciddi ziyanın dəydiyi bildirilib.

Yunanıstan mədəniyyət nazirliyinin baş katibi Maria Vlazaki hadisə yerinə gedib.

Yunanıstan Mədəniyyət Nazirliyi tərəfindən tarixi abidə kimi qorunan və ibadətə bağlı olan məkanda iki ildir bərpa işləri aparılırdı.