Yəmənə 2,1 milyard dollar yardım

yemene-21-milyard-dollar-yardim
Oxunma sayı: 979

BMT Yəmənə 2,1 milyard dollar yardım ayırıb.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, BMT-nin humanitar məsələlər üzrə əlaqələndiricisi Ceymi Makqoldrik hesabatında Yəməndə vəziyyətin bərbad olduğunu bildirib. Belə ki, 2,1 milyonu uşaq olmaqla 3,3 milyon nəfər qidalanmadan kəskin əziyyət çəkir.

Qeyd edək ki, Yəməndə 2015-ci ildən davam edən vətəndaş müharibələri nəticəsində 7470 nəfər həlak olub, 40 mindən çoxu isə yaralanıb. Ölkədəki səhiyyə müəssisələrinin cəmi 45 faizi fəaliyyət göstərir.