Yəməndə ölənlərin sayı 10 mini keçib

yemende-olenlerin-sayi-10-mini-kecib
Oxunma sayı: 1324

Yəməndə davam edən silahlı toqquşmalarda ölənlərin sayı 10 mindən çoxdur.

Qafqazinfo” xəbər verir ki, bu barədə BMT-nin bu ölkədəlo Humanitar Məsələlərin Koordinasiyası üzrə Bölməsinin rəhbəri ceymi Makqoldrik məlumat verib. Onun sözlərinə görə, yeni rəqəmlər Yəmənin tibb müəssisələrindən əldə edilib.

Makqoldrik onu da vurğulayıb ki, rəqəmlər əslində göstərildiyindən daha çox ola bilər. Belə ki, ölkənin bir çox rayonlarında xəstəxana yoxdur, ölənlərin yaxınları isə dəfni hökumətin xəbəri olmadan aparır.