“Yaşayırsa, görüntüsünü yaysınlar...” - Ölüm xəbərini yayan agentlik

yasayirsa-goruntusunu-yaysinlar
Oxunma sayı: 5805

Prezident İslam Kərimovun ölməsi ilə bağlı ilk xəbəri yazan Özbəkistanın “Ferqana” agentliyinin baş redaktoru xəbərin doğru olduğunu bəyan edib.

Qafqazinfo” xəbər verir ki, baş redaktor Daniil Kislov bildirib ki, “Ferqana” yayılan məlumatın etibarlılığına cavabdehdir, hökumət isə yaxşı olardı ki, bu situasiyada susmasın: “Mən təklif edirəm ki, Özbəkistanın rəsmi mənbələri, hökumət, prezidentin mətbuat xidməti ya onun xəstəliyi ilə bağlı tibbi arayışı yayımlasın, ya da xəstəxana palatasından onun sağ olduğuna dair görüntü yaysın”. 

Xatırladaq ki, dünən agentlik öz mənbəsinə istinad edərək 78 yaşlı prezidentin ölüm xəbərini yaymışdı. Lakin prezident aparatındakı mənbə “Ria Novosti”yə açıqlamasında xəbəri təkzib etmişdi.