Yaponiyanın şərq sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ geoloji xidməti məlumat yayıb.
Yeraltı təkanlar Fukisima prefekturasının Namie yaşayış məntəqəsində, 12 km dərinlikdə qeydə alınıb.
Dağıntı və xəsarət alanlar barəsində məlumat yoxdur.
Qeyd edək ki, dekabrın 28-də Yaponiyada 6,3 bal gücündə zəlzələ olmuşdu.
Son xəbərlər
Son Xəbərlər