Xoşbəxtlik Nazirliyi yaradılır - Şeyx elan verdi

xosbextlik-nazirliyi-yaradilir
Oxunma sayı: 2765

Birləşmiş Ərəb Əmirliyində Xoşbəxtlik Nazirliyi yaradılır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə vitse-prezident və baş nazir, Dubayın əmiri Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum elan verib. O, həmçinin nazirliklərin sayının azaldılacağını açıqlayıb. Baş nazirin sözlərinə görə, yeni nazirin səlahiyyətlərinə əhalinin tolerantlıq səviyyəsini, müxtəlif dini qruplara və etnik azlıqlara dözümlülüyü diqqətdə saxlamaq daxil olacaq. Yeni nazir, həmçinin, hər kəsə xoşbəxtlik və məmnunluq gətirəcək sosial rifahın yaradılması üçün çalışacaq.