Xameneidən Şərqi Azərbaycan səfərində - ABŞ-a sərt ittihamlar

xameneiden-serqi-azerbaycan-seferinde
Oxunma sayı: 1306

“İranı daim müharibə ilə hədələyirlər. Bununla da, İslam respublikasına qarşı aparılan iqtisadi müharibədən diqqəti yayındırmağa çalışırlar”.

Qafqazinfo” xəbər verir ki, bu sözləri Şərqi Azərbaycan əyalətində səfərdə olan İranın ali dini lideri ayətulla Əli Xamenei deyib:

“Keçmiş ABŞ administrasiyasında olduğu kimi düşmənlərimiz üçün xarakterik olan cəhətlərdən biri də bizi daim müharibə ilə hədələmələridir. Deyilir ki, guya hərbi ssenari “stolun üstündədir”. Avropalı rəsmi şəxslər bizi inandırırlar ki, İran nüvə proqramı ilə bağlı razılıq əldə edilməsəydi müharibə qaçınılmaz olardı. Bu, təmiz yalandır.

Niyə görə bizə hər zaman hərbi əməliyyatlar ehtimalı haqda xatırlatmalar edilir? Diqqətimizi İrana qarşı aparılan real müharibədən yayındırmaq istəyirlər. Bu, sanksiyalar vasitəsilə edilən iqtisadi müharibədir”.