Vitse-admiral Harvard prezident məsləhətçisi postundan imtina etdi

vitse-admiral-harvard-prezident-meslehetcisi-postundan-imtina-etdi
Oxunma sayı: 668

ABŞ Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan vitse-admiralı Robert Harvard prezident Donald Trampın milli təhlükəsizlik üzrə məsləhətçisi olmaqdan imtina edib.

Qafqazinfo” xəbər verir ki, bu barədə “CBS News” kanalı məlumat yayıb.

Məlumata görə, Harvard təhlükəsizlik şurasında öz komandasının olmasını istəyib, ancaq Ağ Ev bununla razılaşmayıb. Nəticədə Harvard ona təklif olunana postdan imtina edib.

Daha əvvəl verilən məlumata əsasən Ağ Ev eyni zamanda milli təhlükəsizlik üzrə prezident məsləhətçisi postuna 4 namizədi nəzərdən keçirib. Onlar arasından Harvarddan başqa MKİ-nin keçmiş direktoru Devid Petreus, prezidentin daxili təhlükəsizlik üzrə köməkçisi Tom Bossert və ehtiyatda olan general-leytenant Kit Kelloq var.