Vertolyot qəzasında həlak olmuş 11 nəfərin meyiti tapılıb

vertolyot-qezasinda-helak-olmus-11-neferin-meyiti-tapilib
Oxunma sayı: 1442

Xəbər verdiyimiz kimi, Norveç sahillərində içərisində 15 nəfər olan vertolyot qəaya uğrayıb.

Qafqazinfo” xəbər verir ki, xilasedicilər artıq 11 nəfərin meyitini tapıb. Bu barədə “Stavanger Aftenblad” qəzeti yazıb.

Axtarışlar davam etdirilir.

Qeyd edək ki, şahidlərin sözlərinə görə, vertolyot adəti üzrə insanları Şimal dənizindəki neft hasil edən platformaya aparırdı. Vertolyotdakı 15 nəfərdən 11-nin norveçli, 3-nün ingilis, 1 nəfərin isə italyan olduğu bildirilir.

Qəzanın baş vermə səbəbləri haqqında hələlik məlumat yoxdur.