Venesuela Braziliya ilə əlaqələrini dondurur - Səfirini geri çağırır

venesuela-braziliya-ile-elaqelerini-dondurur
Oxunma sayı: 965

Venesuela Braziliya Senatı prezident Dilma Russeffin impiçmentini təsdiqləyəndən sonra bu ölkə ilə münasibətlərini dondurur.

Qafqazinfo”nun “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, Venesuela Braziliyadakı səfirini geri çağıracaq.

Venesuela hökuməti D. Russeffin impiçmentini “çevriliş” kimi qələmə veriblər.

Qeyd edək ki, Braziliya Senatı ölkənin prezidenti postundan müvəqqəti uzaqlaşdırılan Dilma Russeffn impiçmentini təsdiqləyib. Russeffin prezidentlikdən getməsinin lehinə 61 senator, əleyhinə isə 21 senator səs verib. Dövlət başçısı postunu 2018-ci ilin axırına qədər baş nazirin müavini Mişel Temer tutacaq.