Vaşinqtonda iğtişaşlar zamanı 217 nəfər saxlanıldı - Video + Yenilənib

vasinqtonda-igtisaslar-zamani-217-nefer-saxlanildi-
Oxunma sayı: 1212

ABŞ-ın paytaxtı Vaşinqtonda prezident Donald Trampa qarşı keçirilən aksiyada saxlanılanların sayı 90-a çatıb.

Qafqazinfo” “Politicoya” istinadən xəbər verir ki, bu barədə şəhər polisinin rəhbəri Piter Nyuşem məlumat yayıb.

Məlumata görə, iğtişaşlar zamanı iki polis əməkdaşı xəsarət alıb. Hücum edənlərin çəkic və dəmir parçasından istifadə etdiyi qeyd olunub. Onların dağıdılması üçün istiot qazından istifadə olunduğu vurğulanıb.

CNN-nin məlumatına görə, saxlanılanların sayı 95-i keçib.

Daha əvvəl 50 nəfərin saxlanıldığı bildirilmişdi.

Faktla bağlı araşdırma aparılır.

***
ABŞ-ın paytaxtı Vaşinqtonda prezident Donald Trampa qarşı keçirilən aksiyada saxlanılanların sayı 217-yə çatıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qarşıdurmalar nəticəsində 6 polis xəsarət alıb.