Ukraynaya qardaşının pasportu ilə keçən - Azərbaycanlı saxlanıldı

ukraynaya-qardasinin-pasportu-ile-kecen
Oxunma sayı: 1380

Azərbaycan vətəndaşı Belarus-Ukrayna sərhədində saxlanılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, həmyerlimizin saxlanılmasına səbəb onun “Novaya Quta” gömrük qeydiyyatı məntəqəsində sənədlərin yoxlanılması zamanı sərhədçilərə başqa adamın pasportunu göstərməsi olub.

Saxlanıldıqdan sonra üzərində baxış keçirilib və şəxsi əşyaları arasından əsl sənədləri tapılıb. Bu zaman məlum olub ki, o, Azərbaycan vətəndaşıdır və gömrükdən keçmək üçün qardaşının pasportunu göstərib. Sərhədi keçmək cəhdini isə Ukraynadakı bacısını görmək istəyi ilə izah edib.

Hazırda sərhədi qanunsuz keçmək istəyən həmyerlimizə qarşı inzibati tədbir başladılıb.