Ukraynalılar da Avropaya vizasız gedəcək

ukraynalilar-da-avropaya-vizasiz-gedecek
Oxunma sayı: 1230

Ukrayna Avropa ilə qısa zamanda vizasız rejimə keçəcək.

Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Jan-Klod Yunker Ukraynanın Baş naziri Vladimir Qroysmanla görüşdən sonra jurnalistlərə bildirib. Onun sözlərinə görə, bu yaya qədər Ukrayna vətəndaşları üçün vizasız rejim tətbiq ediləcək. Yunker: “ Əlbəttə, biz vizasız rejim barədə sualları müzakirə etdik. Bu proses yayadək baş verəcək”,- deyib.

Aysel Kərimova