Ukrayna da Dağlıq Qarabağdakı “referendum”u tanımır

ukrayna-da-dagliq-qarabagdaki-referendumu-tanimir
Oxunma sayı: 637

Ukrayna Dağlıq Qarabağda keçirilmiş "referendumu" tanımır.

"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, Ukrayna XİN-in saytında dərc olunmuş XİN-in mətbuat katibinin Maryana Betsının şərhində deyilir.

"Azərbaycan Respublikasının konstitusiyasına pozan "referendumun" hüquqi əsasları yoxdur" - məlumatda deyilir.

Ukraynanın Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyi dəyişməz olaraq qalır - Ukrayna Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində tanıyır.