Türkiyənin viza məsələsi gündəmdə - Hələ 7 şərt qalıb

turkiyenin-viza-meselesi-gundemde
Oxunma sayı: 1490

Türkiyə hələ də vizasız rejimin ləğvi üçün Avropa İttifaqının 7 tələbini yerinə yetirməyib.

Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa Komissarlığı məlumat yayıb.

Türkiyənin tələb olaraq irəli sürülən 72 şərtdən aşağıdakı 7-sini yerinə yetirmədiyi vurğulanır:

Aİ standartlarına uyğun biometrik pasportların hazırlanması, korrupsiya ilə mübarizə üçün tədbirlərin görülməsi, Avropol ilə işbirliyi sazişinin imzalanması, terrorla mübarizə qanun və praktikasının Avropa standartlarına uyğun şəkildə aparılması, Aİ standartlarında şəxsi məlumatların qorunması tənzimlənməsinin qəbulu, cinayət bağlantısı olan məsələlərdə Aİ ölkələri ilə işbirliyinə getmək və Aİ-Türkiyə arasında miqrantların geri qəbulunu özündə əks etdirən sazişin bütün maddələrinin tətbiqi.